Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan sərinləşdirici içkilərin təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Bunu çərşənbə axşamı Trend-ə RGEM-in Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılır.
Abdullayev deyib ki, yoxlamalar zamanı ticarət şəbəkələrində satılan alkoqolsuz içkilərlə yanaşı, pivə və kvas içkilərinin də təhlükəsizlik göstəriciləri yoxlanılır.
Məmmədov yoxlamaların nəticələrinin yaxın günlərdə açıqlanacağını deyib.