...

Azərbaycanda ixtisaslaşmış QHT-lər sosial xidmətlərin təkmilləşdirilməsi işlərinə cəlb olunub (FOTO)

Cəmiyyət Materials 20 İyun 2012 14:26 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi və təşəbbüsü nəticəsində, habelə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nazirliyin və onun tabeliyində olan strukturların sosial xidmət sahəsində çalışan əməkdaşları üçün çərşənbə günü təlim kursuna başlanılıb.
Azərbaycanda ixtisaslaşmış QHT-lər sosial xidmətlərin təkmilləşdirilməsi işlərinə cəlb olunub (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi və təşəbbüsü nəticəsində, habelə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nazirliyin və onun tabeliyində olan strukturların sosial xidmət sahəsində çalışan əməkdaşları üçün çərşənbə günü təlim kursuna başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təlimdə əsas məqsəd müasir təlim standartları əsasında sosial xidmət işçilərinin müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarının artırılması və sosial iş üzrə səciyyəvi təlim elementlərinin aşılanmasıdır. Təlimdə sosial işin praktiki və nəzəri sahələri və praktiki təlim kursu tədris olunacaq.

Bir neçə təlim modulundan ibarət və ilin sonunadək mərhələli şəkildə davam edəcək tədris kursu "Sosial xidmət haqqında" qanuna, eyni zamanda, Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na uyğun olaraq, nazirliyin vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığının genişlənməsi istiqamətində növbəti addımdır.

Qeyd edək ki, "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, dövlət sifarişləri əsasında qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Milli Qəhrəmanların Təbliğinə Dəstək" İB, "Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzi, "Ümüdli Gələcək" Gənclər Təşkilatı, Uşaq Hüquqları üzrə QHT Alyansı, Azərbaycana Birgə Yardım Təşkilatı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" İB, "Sosial Xidmətlər Təşəbbüsü" İB arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Xəbər lenti

Xəbər lenti