...

Heydər Əliyev Fondunun dəstəyi ilə amerikalı məktəblilər arasında keçirilən inşa müsabiqəsinin qalibləri Azərbaycanda səfərdədirlər (FOTO)

Cəmiyyət Materials 22 İyun 2012 21:32 (UTC +04:00)
Heydər Əliyev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi seçilmiş amerikalı məktəblilər iyunun 20-dən Azərbaycanda səfərdədirlər.
Heydər Əliyev Fondunun dəstəyi ilə amerikalı məktəblilər arasında keçirilən inşa müsabiqəsinin qalibləri Azərbaycanda səfərdədirlər (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Heydər Əliyev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi seçilmiş amerikalı məktəblilər iyunun 20-dən Azərbaycanda səfərdədirlər.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, Ümümbəşəri Məsələlərin Araşdırılması Üzrə Amerika Şurasının Azərbaycanla bağlı keçirdiyi inşa müsabiqəsi 2011-ci ilin dekabr ayında 3000 məktəbli arasında elan edilmiş, 2012-ci ilin 1 mart tarixində başa çatmışdır. Şuranın Proqram rəhbəri Althea Georgantas və Azərbaycanın Santa Fedəki Fəxri Konsulu Emmit McHaffie amerikalı məktəbliləri müşayət edir.

Səfər proqramının ilk günü qonaqlar Heydər Əliyev Fondunda muzeylə tanış olmuş, fondun fəaliyyəti ilə maraqlanmışlar. Daha sonra nümayəndə heyəti Muğam mərkəzində olmuş, İçərişəhər və Milli Parkda gəzmişlər.

İyunun 28-dək davam edəcək səfər zamanı qonaqlar bir sıra hökümət nümayəndələri ilə görüşlərdə iştirak edəcək, Xəzər Enerji Mərkəzində, Azərbaycan Diplomatik Akademiyasında, Amerika səfirliyində, Amerika Mərkəzində olacaqlar. İstirahət saatlarında amerikalı məktəblilər Azərbaycan Dövlət Tarix Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu ilə tanış olacaqlar. Proqramda qonaqların Qəbələ rayonuna səfəri nəzərdə tutulur.

Ümümbəşəri Məsələlərin Araşdırılması Üzrə Amerika Şurası Birləşmiş Ştatların 40 ştatında yerləşən 100-ə yaxın nümayəndəlikdən ibarətdir və həyata keçirdiyi qlobal layihələrdə hər il 500.000-ə yaxın insan iştirak edir.

Xəbər lenti

Xəbər lenti