...

Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Cəmiyyət Materials 26 İyun 2012 10:32 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti çərşənbə axşamı Silahlı qüvvələr günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan, Bakı, 26 iyun / Trend müxbir M.Əliyev/

Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti çərşənbə axşamı Silahlı Qüvvələr günü münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Trend-in məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Xəbər lenti

Xəbər lenti