...

Moskvada ümumdünya media sammiti işə başlayıb

Cəmiyyət Materials 5 İyul 2012 12:10 (UTC +04:00)
Dünyanın yüzə yaxın ölkəsinin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iyulun 5-7-də Moskvada keçirilən Ümumdünya Media Sammitində iştirak edi
Moskvada ümumdünya media sammiti işə başlayıb

Azərbaycan, Bakı, 5 iyul / Trend, müxbir E.Tariverdiyeva/

Dünyanın yüzə yaxın ölkəsinin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iyulun 5-7-də Moskvada keçirilən Ümumdünya Media Sammitində iştirak edir.

Trend-in verdiyi məlumata görə, sammiti giriş sözü ilə Təşkilat Komitəsinin sədri, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko açıb.

Ümumdünya Media Sammitinin ünvanına təbriklər sırasında RF Dövlət Dumasının sədri Sergey Narışkinin də çıxış olub.

İTAR-TASS agentliyinin təşkilatçılığı ilə "Dünya mediası: XXI əsrin çağırışları" devizi altında keçirilən Ümumdünya Media Sammitində ölkəmizdən Trend BİA-nın baş direktoru İlqar Hüseynov, AzərTAc-ın baş direktoru Aslan Aslanov və "Azerbaydjanskie izvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova iştirak edirlər.

Aralarında aparıcı informasiya agentliklərinin, televiziya və radio kanallarının, qəzet və jurnalların, media korporasiyalarının rəhbərləri olan sammit iştirakçıları forumda 2009-cu ildə keçirilən Pekin Dünya Media Sammitində və 2004-cü ildə Moskvada keçirilmiş İnformasiya Agentlikləri Konqresinin qaldırdıqıları məsələlərin müzakirəsini davam etdirəcəklər.

İştirakçılar bütün dünya mediasının üzləşdiyi ən aktual problemləri müzakirə edəcəklər. Gündəlikdə elektron medianın inkişafı, müasir media məkanında sosial şəbəkələr, media münasibətləri və jurnalist etikası, biznes məsələləri əhəmiyyətli yer tutur. Peşəkar təşkilatların nümayəndələri qarşısında dünyada gedən siyasi dəyişikliklər, iqtisadi böhran şəraitində KİV-in yaşama modeli, ənənəvi medianın transformasiyasının əsas istiqamətlərinin müzakirəsi durur.

"Biz hər birimizin üzərinə böyük məsuliyyət qoyan peşə məsələlərini geniş müzakirə etmək istəyirik. Bu, böyük və kiçik mövzulardır: dünya informasiyası və onun gələcəyi, onun son dərəcə dinamik dünyada yeri, ənənəvi və yeni media əlaqələri, jurnalistlərin təhlükəsizliyi, media mühitində sosial və peşə məsuliyyəti ideyalarının irəliləməsi, biznes, maliyyə və digər aspektləri təbliğ etməkdir", - İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko sammit iştirakçılarına təbrikində qeyd edib.

O, KİV-i artan mobillik, iqtisadi təsirlər, barışmaz regional münaqişələr qarşısında qoyan qlobal çağırışlara cavab axtarışı üçün zirvə toplantısının vacib olduğuna əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti