...

Azərbaycanda "Gənc liderlər proqramı"nın açılışı olub

Cəmiyyət Materials 10 İyul 2012 19:03 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində "Gənc liderlər proqramı"nın açılış mərasimi keçirilib.
Azərbaycanda "Gənc liderlər proqramı"nın açılışı olub

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində "Gənc liderlər proqramı"nın açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, proqram çərçivəsində 16 amerikalı məktəbli və 3 amerikalı müəllim Azərbaycana gəlib.

Eyni zamanda, sentyabr ayında 34 azərbaycanlı məktəbli və 6 müəllim ABŞ-a səfər edəcəklər.

Bu, ilk ABŞ mübadilə proqramıdır ki, birgə icmaya xidmət layihələrini yaradacaq və bu layihələr həm ABŞ, həm də Azərbaycanda həyata keçiriləcək.

Proqramın məqsədi iştirakçılar arasında mədəni mübadilə, liderlik vərdişlərini təbliğ etmək və icmalar üçün layihələrin planlaşdırılması və həyata keçirilməsinin ən yaxşı nümunələrini öyrətməkdir.

Amerikalı məktəblilər və müəllimlər 3 həftə ərzində Bakıda və Gəncədə olacaqlar və Azərbaycanlı ailələr tərəfindən qonaq ediləcəklər.

"Bu proqram iki ölkə arasında körpü qurmaq məqsədi daşıyır və inanırıq ki, proqram çərçivəsində bir-birini tanıyacaq şagirdlərin əlaqələri uzunmüddətli olacaq", - ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq deyib.

Xəbər lenti

Xəbər lenti