...

Mişel Obamanı hədələyən polis işdən qovuldu

Cəmiyyət Materials 13 İyul 2012 10:41 (UTC +04:00)
ABŞ hakimiyyəti prezidentin avtomobil karvanının mühafizə dəstəsinə daxil olan polis əməkdaşlarından biri barəsində yoxlama aparır.
Mişel Obamanı hədələyən polis işdən qovuldu

Azərbaycan, Bakı, 13 iyul /Trend/

ABŞ hakimiyyəti prezidentin avtomobil karvanının mühafizə dəstəsinə daxil olan polis əməkdaşlarından biri barəsində yoxlama aparır. Həmin şəxs guya ölkə prezidentinin xanımı Mişel Obamaya sui-qəsd etmək istədiyini bildirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən yazır.

KİV mənbələrə istinadən xəbər verir ki, polis bir neçə həmkarı ilə söhbəti zamanı bəyan edib ki, birinci xanımı vurardı. Bu sözlərdən sonra o, mobil telefonu çıxarıb və guya həmsöhbətlərinə atəş açacağı tapançanın fotoşəklini göstərib.

Hazırda polis özü və həmin söhbətdə iştirak edənlərin hamısı vəzifələrinin icrasından müvəqqəti kənarlaşdırılıblar.

"Biz qəbuledilməz fikirlərin yer aldığı ehtimal olunan məlumatlar aldıq. Hazırda araşdırma aparırıq", - paytaxt polisinin mətbuat katibi Qvendolin Kramp deyib.

Xəbər lenti

Xəbər lenti