Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/
Bu il ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək müsabiqə vəziyyətinin birinci ixtisas qrupunda yaranacağı gözlənilir. Trend-in məlumatına görə, bunu TQDK sədrinin müavini Namiq Babayev cümə günü keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il I ixtisas qrupuna 34 678 nəfər sənəd verib.
Daha sonra yüksək müsabiqə vəziyyətinin III qrupda yaranacağı gözlənilir. Bu qrupa 31 662 nəfər sənəd verib. Müsabiqə vəziyyəti yüksək olan sonrakı ixtisas qrupu II ixtisas qrupudur. Bu qrupu üzrə 23 345 nəfər sənəd verib. IV qrupa isə 13 828 nəfər sənəd verib.
Babayev deyib ki, ümumilikdə bu il ali və orta ixtisas təhsili müəssisələrinə 103 513 nəfər sənəd verib. Ötən il isə bu rəqəm 107 484 olub.