...

Azərbaycanın ali məktəblərinin bəzi ixtisaslarına plan yeri azalıb

Cəmiyyət Materials 13 İyul 2012 12:21 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinin bəzi ixtisaslarına plan yeri azalıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib.
Azərbaycanın ali məktəblərinin bəzi ixtisaslarına plan yeri azalıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərinin bəzi ixtisaslarına plan yeri azalıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib.

Babayevin sözlərinə görə, ən ciddi azalma hüquq ixtisası üzrədir.

"Hüquq ixtisası üzrə plan yeri təxminən 50 faiz azalıb. Jurnalistika fakültəsində də azalma olub. Təhsil komissiyasının qərarına əsasən, özəl universitetlərin jurnalistika ixtisaslarına qəbul dayandırılıb", - Babayev əlavə edib.

Onun sözlərinə görə, ümumilikdə builki qəbul planında yerlərin sayı ötən illə müqayisə 9 faiz artıb. Qəbul planında əsas artım 1-ci ixtisas qrupunda olub. Bu qrupdakı plan yerlərinin sayı 14,42 faiz çoxalıb. İkinci qrupda 3,5 faiz, 3-cü qrupda isə 3,44 faiz artıb.

Babayev deyib ki, 4-cü ixtisas qrupunda 639 plan yeri artırılıb. Bu qrupda əsas artım ekologiya və kənd təsərrüfatı ixtisasları hesabına baş verib.

Xəbər lenti

Xəbər lenti