Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/
Bu ilin 6 ayında altı özəl məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Lisenziya "Green Door" MMC-nin nəzdində "Qrin Dor" uşaq bağçası, "Ahu" körpələr evi-uşaq bağçası, "Möcüzələr evi" körpələr evi-uşaq bağçası, "Kaspi EC" MMC-nin nəzdində "Kaspi" uşaq bağçası, "Şən yuva" uşaq bağçası, "Rafa & Co" firmasının nəzdində "Şəkər bala" uşaq bağçasına verilib.
Qeyd edək ki, ötən il ümumilikdə 18 özəl məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib.