...

Bu il çimərlik mövsümündə təcili yardıma 28 müraciət daxil olub

Cəmiyyət Materials 25 İyul 2012 16:21 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, həmin müraciətlər əsasında 13 nəfər xəstəxanaya çatdırılıb.
Bu il çimərlik mövsümündə təcili yardıma 28 müraciət daxil olub

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu il çimərlik mövsümündə təcili yardıma 28 müraciət daxil olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, həmin müraciətlər əsasında 13 nəfər xəstəxanaya çatdırılıb.

Müraciətlərdən 17-si suda boğulma ilə bağlı olub. Suda boğulanlardan 6 nəfəri xəstəxanaya çatdırılıb. Onlardan 4-ü uşaq olub.

10 halda isə meyit sudan çıxarılıb. Onlardan 3 nəfəri uşaq olub.

Xəbər lenti

Xəbər lenti