...

Azərbaycan və Türkiyə qarşılıqlı istirahətlərin təşkili işini genişləndirir

Cəmiyyət Materials 31 İyul 2012 12:32 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Türkiyənin həmkarlar ittifaqları ilə iki ölkə vətəndaşlarının qarşılıqlı istirahətinin təşkil edilməsi işini genişləndirir.
Azərbaycan və Türkiyə qarşılıqlı istirahətlərin təşkili işini genişləndirir

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Türkiyənin həmkarlar ittifaqları ilə iki ölkə vətəndaşlarının qarşılıqlı istirahətinin təşkil edilməsi işini genişləndirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fuad Məmmədov çərşənbə axşamı Trend-ə bildirib ki, iki ölkənin həmkarlar ittifaqları arasında imzalanmış anlaşmaya əsasən, qarşılıqlı tədris mübadilələri, konfransların keçirilməsi ilə yanaşı, bir sıra peşə sahiblərinin qonşu ölkədə istirahətinin təşkili də nəzərdə tutulur.

"İl ərzində 100-150 azərbaycanlı müəllimin Türkiyə kurortlarında istirahəti təşkil olunur ki, gələcəkdə bunun sayının artırılması gözlənilir", - o deyib.

Məmmədov qeyd edib ki, istirahət üçün göndərilən müəllimlərin yol xərclərini çalışdıqları müəssisələrin həmkarlar ittifaqları, istirahət xərclərini isə Türkiyənin müvafiq həmkarlar ittifaqları təşkil edir.

Onun sözlərinə görə, Türkiyədə Azərbaycandan fərqli olaraq, müxtəlif sahələr üzrə ayrı-ayrı həmkarlar ittifaqı fəaliyyət göstərir. "Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası bu ittifaqların hər biri ilə ayrılıqda əməkdaşlıq edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti