...

Azərbaycanda jurnalistlərin kredit almaqda çətinlikləri müzakirə olulnub

Cəmiyyət Materials 31 İyul 2012 16:06 (UTC +04:00)
Mətbuat Şurasında çərşənbə axşamı Zərdabi Mətbuat Mərkəzi tərəfindən "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycanda jurnalistlərin kredit almaqda çətinlikləri müzakirə olulnub

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurasında çərşənbə axşamı Zərdabi Mətbuat Mərkəzi tərəfindən "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, dəyirmi masa Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycanda media təmsilçilərinin banklardan kredit almasında yaranan çətinliklərdən danışıb. "Aparılan araşdırmaların nəticəsində müəyyənləşib ki, mətbuat işçiləri kredit almaqda çətinlik çəkirlər", - o deyib.

Ələsgərlinin sözlərinə görə, xüsusilə, jurnalistlərin ipoteka krediti alması mümkünsüz olub. Şuranın sədr müavini təklif edib ki, jurnalistlərə qarşı məhdudiyyətlərin olması barədə araşdırmalar aparılsın və mətbuat işçilərinin bank xidmətlərindən yararlanması üçün şərait yaradılsın.

Tədbir zamanı Zərdabi Mətbuat Mərkəzinin həyata keçirdiyi layihə barədə məlumat verən Mərkəzin sədri Rəhim Hüseynzadə bildirib ki, araşdırmalar nəticəsində KİV-lərdə gedən yazılarda bank-kredit həyatı qələmə alınarkən terminlərdən tutmuş digər spesifik cəhətlərə qədər təhriflərə, yanlış yanaşma hallarına yol verildiyi aşkar olunub.

"Bu isə sahə ilə bağlı qurumların da imicinə təsirsiz ötüşmür. Nəticədə onlar Azərbaycan Mətbuat Şurasına və məhkəmələrə əsl həqiqətlərə aydınlıq gətirilməsi üçün şikayətlərlə müraciət ediblər", - o deyib.

Monitorinqə cəlb olunan KİV-lərin 4 ayda bank-kredit həyatı ilə bağlı dərc etdikləri yazıların ümumi sayı 1 256-dır. Monitorinqin nəticələrinə əsasən, informasiya agentliklərində 4 ayın yekununa görə bank-kredit sahəsindən ən çox yazı Trend İnformasiya Agentliyində dərc olunub - 221. Ümumilikdə, qəzetlərə gəldikdə isə ən çox material təqdim edən "Ekspress" (67) və "Bakı xəbər" (65) qəzetləridir.

Xəbər lenti

Xəbər lenti