Azərbaycan, Bakı, 7 avqust /Trend müxbir K.Zərbalıyeva/
Bakıda dünən 7 nəfəri gün vurub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, gün vuran şəxslərdən 3-ü xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində ilkin tibbi yardım göstərilib.
Xəstəxanaya yerləşdirilənlərdən biri 15 yaşlı yeniyetmə olub.
Stansiyaya dünən 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. Onlardan biri hamilə qadın olub. O, qarpızdan zəhərlənib.
Zəhərlənənlər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Zəhərlənmələrdən biri qarpızdan, 2-si isə qarışıq qidadan baş verib.