...

Gürcüstanda azərbaycanlı gənclərin assambleyası yaradılıb (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2012 10:06 (UTC +04:00)
Gürcüstanda azərbaycanlı gənclərin assambleyası yaradılıb.
Gürcüstanda azərbaycanlı gənclərin assambleyası yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Gürcüstanda azərbaycanlı gənclərin assambleyası yaradılıb.

İpək yolu Beynəlxalq Gənclər İttifaqından Trend-ə verilən məlumata görə, assambleyanın təsis konfransında Azərbaycandan da qonaqlar iştirak edib.

Tədbirdə iştirak edən İpək yolu Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov gəncləri bu təşəbbüs münasibəti ilə təbrik edib.

O bildirib ki, Azərbaycan gənclərinin dünyanın bütün ölklərində təşkilatlanması ölkəmizin inkişafı naminə atılan addımdır.

Millət vəkili qeyd edib ki, məhz bu beynəlxalq təşkilat vasitəsilə Azərbaycan gənclərinin dünyaya inteqrasiyası daha da güclənəcək.

Xəbər lenti

Xəbər lenti