...

“Azərsun Holdinq” İranda zəlzələdən zərər çəkənlərə yardım göndərib

Cəmiyyət Materials 24 Avqust 2012 14:20 (UTC +04:00)
Avqustun 11-də İran İslam Respublikasında baş verən zəlzələ nəticəsində yüzlərlə insan vəfat etmiş, minlərlə insan yaralanmış və evlərini itirmişdir.
“Azərsun Holdinq” İranda zəlzələdən zərər çəkənlərə yardım göndərib

Azərbaycan, Bakı, 24 avqust /Trend /

Avqustun 11-də İran İslam Respublikasında baş verən zəlzələ nəticəsində yüzlərlə insan vəfat etmiş, minlərlə insan yaralanmış və evlərini itirmişdir. Baş verən təbii fəlakətə biganə qalmayan dövlətimiz Şərqi Azərbaycan əyalətindən yardımını əsirgəmədi.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 13 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən yardım karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salındı.

Ölkə iqtisadiyyatının inkişafına töhfələr verən "Azərsun Holdinq" də baş verən bu təbii fəalkətə biganə qalmadı. Zəruri ərzaq məhsullarından ibarət yardımı zəlzələ baş verən bölgəyə göndərdi.

Xəbər lenti

Xəbər lenti