...

Bolqarıstanda müalicə kursu keçən əlil vətəndaşlarımız Azərbaycana qayıdıblar

Cəmiyyət Materials 5 Sentyabr 2012 19:33 (UTC +04:00)
Bolqarıstanda müalicə kursu keçən əlil vətəndaşlarımız Azərbaycana qayıdıblar
Bolqarıstanda müalicə kursu keçən əlil vətəndaşlarımız Azərbaycana qayıdıblar

Azərbaycan, Bakı, 5 sentyabr/Trend/

Bu il avqustun 6-da Bolqarıstana bərpa müalicəsinə yola salınmış 30 nəfər əlil vətəndaşımız 28 günlük müalicə kursunu başa vuraraq geri dönüb. Bu barədə çərşənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bolqarıstan ilə müvafiq razılaşma əsasında ilk dəfə olaraq Azərbaycandan olan əlillərin həmin ölkədə müalicəsi təşkil edilib. Əlil vətəndaşlarımız Bolqarıstanın "Pavel Banya" sanatoriyasında müalicə alıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, hər il ənənəvi olaraq ümumən 80 nəfərdən artıq əlil vətəndaş Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə müalicəyə yola salınır.

Eyni zamanda, bu ildən əlil insanlarımıza dövlət hesabına Ukrayna ilə yanaşı, Bolqarıstanda da müalicə olunmaq imkanı yaradılıb və bu sahədə ilk təcrübə müsbətdir.

Ölkə daxilində də əlillərin reabilitasiyası işlərinin davam etdirildiyini qeyd edən Asəf Əliyev bildirib ki, cari il ərzində daha 100 nəfərədək əlil vətəndaşın Naftalan şəhərindəki müvafiq reabilitasiya müəssisələrində bərpa müalicəsinin təşkili nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti