...

Bu gündən Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi bağlanır

Cəmiyyət Materials 6 Sentyabr 2012 11:42 (UTC +04:00)
Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi sentyabrın bu gün saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq.
Bu gündən Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi bağlanır

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi sentyabrın bu gün saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq.

Metropolitendən bir müddət əvvəl Trend-ə verilən məlumata görə, stansiyaların bağlanması yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədardır.

Həmin müddət ərzində "20 Yanvar-Dərnəgül" və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər.

Bu müddət ərzində Bakı Metropoliteninin qatarları "Həzi Aslanov-İçərişəhər" və "Həzi Aslanov-İnşaatçılar" istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.

Xəbər lenti

Xəbər lenti