...

İstiqlal Muzeyinə Xoçalı soyqırımı ilə bağlı yeni sənədlər təhvil verilib

Cəmiyyət Materials 6 Sentyabr 2012 16:41 (UTC +04:00)
Tanınmış jurnalist-publisist, "Bakinski raboçi" qəzetinin baş redaktorunun müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Hüquqlarının Qorunması Mərkəzinin rəhbəri Tatyana Çeladze ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı bəzi sənədləri Azərbaycan İstiqlal Muzeyinə təhvil verib.
İstiqlal Muzeyinə Xoçalı soyqırımı ilə bağlı yeni sənədlər təhvil verilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tanınmış jurnalist-publisist, "Bakinski raboçi" qəzetinin baş redaktorunun müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Hüquqlarının Qorunması Mərkəzinin rəhbəri Tatyana Çeladze ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı bəzi sənədləri Azərbaycan İstiqlal Muzeyinə təhvil verib.

Muzeydən cümə axşamı Trend-ə verilən məlumata görə, həmin sənədlər Xocalı faciəsinin şahidlərinin dindirilmə protokolları, itkin düşənlər haqqında protokollar, ekspert rəyləri və s.-dir.

Bu eksponatlar 2013-cü ildə Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinə həsr olunmuş sərgi-tədbirdə nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti