...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Beynəlxalq Sülh günü” və “Sülh aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirib

Cəmiyyət Materials 13 Sentyabr 2012 11:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Beynəlxalq Sülh günü” və “Sülh aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Sülh aylığı" çərçivəsində sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, Kürdəmir şəhərində din xadimlərinin və ağsaqqalların iştirakı ilə "Dindarlar sülhün carçılarıdır" mövzusunda konfrans keçirilib. Tədbirdə dinlərin əsasını təşkil edən sülh və ədalət prinsiplərinin insanlar arasında təbliğindən, eyni zamanda dinin terror və hər cür zorakılıq təzahürlərindən uzaq olması barəsində maarifləndirmə işində dindarların verə biləcəyi tövhələrdən geniş söhbət açılıb.

Dövlət Komitəsi eyni mövzuda Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev İdarəçilik Universitetində "Dəyirmi masa", Ağcabədi rayonunda ağsaqqalların və ziyalıların iştirakı ilə seminar-treninq, Quba rayonunda isə dindarların iştirakı ilə seminar keçirib.

Mövzu ətrafında məruzə və çıxışlar edilib, dindarların sülhün, barışın, xeyirxahlığın təbliği istiqamətində həyata keçirdikləri missiya barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.

Qeyd edək ki, "Sülh aylığı" çərçivəsində analoji tədbirlərin respublikamızın digər regionlarında da keçirilməsi planlaşdırılır.

Bundan başqa Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına (MFP) uyğun olaraq Dini Qurumlarla İş üzərə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 1, 2, 4, 6, 7, 9, 10, 11, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində "Azərbaycanda dövlət-din münasibətləri", "Azərbaycanda İslam ənənələri", "İslamda əxlaq", "İslamda intihara münasibət" və s. mövzularda əlavə tədbirlər keçirib.

Xəbər lenti

Xəbər lenti