...

İtaliyada XIV Ümumdünya Rus Mətbuatı Konqresi öz işinə başlayıb

Cəmiyyət Materials 24 Sentyabr 2012 11:28 (UTC +04:00)
Sentyabrın 24-də İtaliyanın Neapol şəhərində XIV Ümumdünya Rus Mətbuatı Konqresi öz işinə başlayıb. Konqres İTAR-TASS agentliyinin himayəsi altında keçirilir.
İtaliyada XIV Ümumdünya Rus Mətbuatı Konqresi öz işinə başlayıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Sentyabrın 24-də İtaliyanın Neapol şəhərində XIV Ümumdünya Rus Mətbuatı Konqresi öz işinə başlayıb. Konqres İTAR-TASS agentliyinin himayəsi altında keçirilir.

Rusiya Prezidenti Vladimir Putin konqres iştirakçılarına və qonaqlara təbrik məktubu göndərib.

"Sizin ənənəvi görüşləriniz bizim mövqelərimizi ildən-ilə möhkəmləndirir, rusdilli informasiya məkanının genişlənməsinə xüsusi töhfə verir. Onlar ölkəmizi sevən və onun uğurla inkişaf etməsində həqiqətən maraqlı olan hər kəsi birləşdirir, rus dilinin və mədəniyyətinin irəliləməsinə, Rusiyanın dünyada müsbət imicinin formalaşmasına kömək edir", - Putin bildirib və "Rusiya tarixi ili"ndə konqres iştirakçıları "tarixi maarifləndirməyə, ümumi tarixi yaddaşın saxlanması mövzularına, milli mənəvi irsə hörmətlə yanaşmaya xüsusi, prioritet diqqət ayıracaqlarına" ümidvar olduğunu qeyd edib.

Konqresin açılışında giriş sözü ilə İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko və RF Dövlət Dumasının sədri Sergey Narışkin çıxış ediblər. İtaliya tərəfdən iştirakçıları Neapolun meri və Konqresin İtaliya Milli Təşkilat Komitəsinin rəhbəri salamlayacaq.

Azərbaycandan konqresdə Trend BİA-nın baş direktoru İlqar Hüseynov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, "Zerkalo" və "Azerbaydjanskiye izvestiya" qəzetlərinin redaktorları iştirak edirlər.

İştirakçılar bütün dünyada KİV-in üzləşdiyi daha aktual problemləri müzakirə edəcəklər. Gündəlikdəki məsələlər "Yeni media dünyası və dünyanın rusdilli informasiya məkanı", eləcə də "Sosial media və ənənəvi KİV"dir.

Sessiyalarda yeni mediaların xaricdəki ənənəvi rusdilli KİV-in vəziyyətinə təsirinin nisbətən daha mühüm aspektlərinin müzakirəsi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti