...

Azərbaycanda həkimlərin əməkhaqları artırıla bilər

Cəmiyyət Materials 27 Sentyabr 2012 13:21 (UTC +04:00)
Azərbaycanda dövlət müəssisələrində işləyən həkimlərin əməkhaqları bu il ərzində artırıla bilər.
Azərbaycanda həkimlərin əməkhaqları artırıla bilər

Azərbaycan, Bakı, 27 sentyabr /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət müəssisələrində işləyən həkimlərin əməkhaqları bu il ərzində artırıla bilər. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, amma əməkhaqlarının artımı məsələsi nazirliyin səlahiyyətində deyil. Ona görə də, bu barədə konkret fikir söyləyə bilməz.

Ağayev son illərdə həkimlərin əməkhaqlarının dəfələrlə artırıldığını da qeyd edib.

"Həkimlərin əməkhaqları ildən-ilə artırılır. Əlbəttə ki, buna ehtiyac olmasa, əməkhaqları artırılmaz", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti