...

Bakı Beynəlxalq Humanitar Forumu fövqəladə uğurludur - rusiyalı jurnalist (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2012 19:02 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumu fövqəladə uğurludur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərlə görüşdə Jurnalist Araşdırmaları İnformasiya Analitik Agentliyinin baş direktoru və baş redaktoru Andrey Konstantinov deyib.
Bakı Beynəlxalq Humanitar Forumu fövqəladə uğurludur - rusiyalı jurnalist (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bakı Beynəlxalq Humanitar Forumu fövqəladə uğurludur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərlə görüşdə Jurnalist Araşdırmaları İnformasiya Analitik Agentliyinin baş direktoru və baş redaktoru Andrey Konstantinov deyib.

Forumun işində iştirak edən Konstantinov qeyd edib ki, Bakı forumu ən yüksək səviyyədə təşkil edilib, forumun fəaliyyətinin əsas nəticələri onun müxtəlif iştirakçıları arasında yaranan inkişaf edən əlaqələr, ünsiyyətçilik, yeni münasibətlər, yeni fikirlər və ideyalar olacaq.

Onun sözlərinə görə, forum təşkilatçıları Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə tanıtmağı bacardılar.

Konstantinovun Azərbaycan KİV nümayəndələri ilə görüşü baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan "Baku" jurnalının himayəsi altında təşkil edilib.

AzərTAc-ın baş redaktoru Yaşar Quluzadə Konstantinovu Azərbaycan jurnalistlərinə təqdim edib.

Andrey Konstantinov 1998-ci ildən Jurnalist Araşdırmaları İnformasiya Analitik Agentliyinin baş direktoru və baş redaktorudur. Hazırda agentliyin tərkibinə "Vaş taynıy sovetnik", "MK-Piter" qəzetləri, "Qorod-812" jurnalı, həmçinin Fontanka.ru internet portalı daxildir.

1998-ci ildən Sankt-Peterburq Dövlət Universitetinin jurnalist fakültəsində "Jurnalist araşdırmaları metodikası və praktikası" mövzusunda mühazirə oxuyub. Konstantinov jurnalist araşdırmalarının xüsusiyyəti ilə əlaqədar mövzular üzrə Peterburq, Qərbi Avropa və Rusiyanın müxtəlif regionlarında çoxsaylı seminarlar təşkil edib və keçirib. Müxtəlif beynəlxalq forumlarda dəfələrlə hesabatlarla çıxış edib.

Konstantinov həmçinin Sankt-Peterburq və Leninqrad vilayət jurnalistlərinin "Zolotoe pero" peşəkar müsabiqəsinin ideya müəllifi və əsasını qoyanlardan biridir.

2004-2011-ci illər ərzində Sankt Peterburq Jurnalistlər İttifaqına başçılıq edib.

O, həmçinin 40-dan artıq kitab, ssenari, oçerkin müəllifidir.
Məhz onun sənədli əsəri əsasında bir çox seriallar çəkilib. Onlar arasında məşhur "Banditskiy Peterburq" serialı da var.

Konstantinov görüşdə öz fəaliyyəti haqqında danışıb, jurnalistikanı əsas və sevimli peşəsi adlandırıb.

Görüşdə "Baku" jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova da iştirak edib.

Xəbər lenti

Xəbər lenti