...

Tərcümə Mərkəzinin işi ilə bağlı yeni təkliflər hazırlanacaq

Cəmiyyət Materials 5 Oktyabr 2012 17:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmələrinə və regional elmi mərkəzlərinə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin işinin təmin olunması üçün tərcüməsi nəzərdə tutulan əsərlərdən ibarət təkliflər paketinin hazırlanıb bir həftə ərzində AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.
Tərcümə Mərkəzinin işi ilə bağlı yeni təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmələrinə və regional elmi mərkəzlərinə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin işinin təmin olunması üçün tərcüməsi nəzərdə tutulan əsərlərdən ibarət təkliflər paketinin hazırlanıb bir həftə ərzində AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Akademiyadan cümə günü Trend-ə verilən məlumata görə, AMEA-nın Rəyasət Heyəti Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkili haqqında imzaladığı sərəncamda təkliflər hazırlanarkən əsərlərin elmi-nəzəri, ədəbi-estetik əhəmiyyəti nəzərə alınmaqla onların orijinalının və tərcümə olunacaq dillərin ədəbiyyat siyahısında əksini tapmasına diqqət yetirilməsini tapşırıb.

Sərəncamın verilməsində məqsəd Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkil edilməsidir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında 23 may 2012-ci il tarixli, 2236 №-li sərəncamı ilə respublikada müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün AR Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb.

Xəbər lenti

Xəbər lenti