...

Niderland Krallığı Senatının sabiq sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 11 Fevral 2026 16:29 (UTC +04:00)
Niderland Krallığı Senatının sabiq sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Linden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Sizin liderliyiniz və yorulmaz səyləriniz Cənubi Qafqaz regionunda sülhə, sabitliyə və barışığa mühüm töhfələr vermişdir.

Buna görə də Siz və Ermənistanın Baş naziri nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmusunuz.

Mən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllini dəstəkləmək üçün əlindən gələni edən bir şəxs kimi, sülh yolunda mühüm səylərinizin və nailiyyətlərinizin yüksək qiymətləndirilməsinə görə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu təltifin hər iki ölkənin xalqları üçün regionda mehriban qonşuluq münasibətlərinin qurulması və davamlı inkişaf baxımından bir təşviq olmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti