Bakı. Trend:
"Everton" klubu yay transfer pəncərəsində "Mançester Siti"nin iki futbolçusunu heyətinə qatmağı hədəfləyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Devid Moyes həm Cek Qrilişi, həm də Con Stounzu komandasında görməyə maraq göstərir.
Məlumata görə, ötən yay icarə əsasında komandaya cəlb olunan Stounzun müqaviləsində 50 milyon funt sterlinq (təxminən 57,5 milyon avro) dəyərində satınalma maddəsi yer alır. Lakin klub 30 yaşlı müdafiəçi üçün bu məbləği həddindən artıq yüksək hesab edir. Bildirirlir ki, klub rəhbərliyi transferi daha aşağı qiymətə reallaşdırmaq üçün danışıqlar aparacaq.
