Bakı. Trend:
Tomas Frankla yollarını ayıran "Tottenhem"in müvəqqəti baş məşqçisi müəyyənləşib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisini köməkçi məşqçi vəzifəsini icra edən Con Heytinqa çalışdıracaq
Niderlandlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Con Heytinqa yanvarın 15-də Tomas Frankın köməkçisi vəzifəsinə təyin olunmuşdu.
