...

Ötən il Azərbaycanda kondensat hasilatı azalıb

Energetika Materials 11 Fevral 2026 16:25 (UTC +04:00)
Ötən il Azərbaycanda kondensat hasilatı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2025-ci ildə qaz kondensatı hasilatı 4,912 milyon ton təşkil edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 373 min ton və ya 7,1% azdır.

Hesabat ilində Azərbaycanda ümumi neft hasilatında kondensatın payı 17,7%, neftin payı isə 82,3% (22,768 milyon ton) təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyon tonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti