Bakı. Trend:
Azərbaycanda 2025-ci ildə 15,416 milyard kubmetr həcmində səmt qazı (neft yataqlarının qazı) hasil edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 318,1 milyon kubmetr və ya 2,1% çoxdur.
Sözügedən həcmin 4,023 milyard kubmetri əmtəəlik qazın payına düşüb.
Eyni zamanda hesabat ilində ölkədə qaz hasilatının ümumi həcmində səmt qazının payı 30,3% təşkil edib.
Yerdə qalan hissəsi isə 35,499 milyard kubmetr və ya 79,7% təbii qazın (qaz yataqlarının qazı) payına düşüb.
