...

QMİ: Həcc ziyarətində olan zəvvarlarımızın səhhəti ilə bağlı problem yoxdur

Cəmiyyət Materials 18 Oktyabr 2012 10:30 (UTC +04:00)
Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti ilə bağlı problem yoxdur.
QMİ: Həcc ziyarətində olan zəvvarlarımızın səhhəti ilə bağlı problem yoxdur

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti ilə bağlı problem yoxdur.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların səhhətində hər hansı problem qeydə alınmayıb.

İdarədən bildirilib ki, zəvvarları həkim briqadaları müşayiət edir və onların səhhətində hansısa problem yaranarsa, həkimlər operativ müdaxilə edəcək və lazımi tibbi yardım göstərəcəklər.

Xatırladaq ki, Azərbaycan zəvvarları Həcc ziyarətinə 12 reyslə yola salınır. Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə Bakı-Ciddə marşrutu üzrə oktyabrın 12-dən yola düşüblər. Zəvvarların sonuncu qrupu bu gün yola düşəcək.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarlarımızın 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur.

Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarlarımızı Vətənə qaytaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti