...

Teleradio Şurası aparıcıların nitqindəki ciddi nöqsanları müəyyənləşdirib

Cəmiyyət Materials 18 Oktyabr 2012 16:32 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya proqramlarında apardığı monitorinqlər zamanı aparıcıların nitqindəki ciddi nöqsanları müəyyənləşdirib.
Teleradio Şurası aparıcıların nitqindəki ciddi nöqsanları müəyyənləşdirib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya proqramlarında apardığı monitorinqlər zamanı aparıcıların nitqindəki ciddi nöqsanları müəyyənləşdirib.

Trend-in məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli qurumun cümə axşamı keçirilən iclasında bildirib ki, aparıcıların danışıqlarında Azərbaycan əbədi dilinin qorunması ilə bağlı ciddi problemlər var.

"Bizi narahat edən aparıcıların Azərbaycan ədəbi dilində danışa bilməməsi, xalqın danışdığı dildə danışmalarıdır. Bəzən aparıcılar bir cümlədə xeyli sayda əcnəbi sözlərdən istifadə edirlər", - o deyib.

Məhərrəmlinin sözlərinə görə, monitorinqlər göstərir ki, ən kobud səhvlərə şou xarakterli verilişlərin aparıcıları yol verir.

"Şou-biznes sahəsində fəaliyyət göstərən aparıcılar da peşəkarlardan ibarət olmalıdır", - MTRŞ sədri deyib.

Monitorinqlər "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi məqsədilə ANS, Xəzər, ATV, Lider və Space kanallarında aparılıb.

Televiziya kanallarındakı verilişlərin monitorinqləri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçiləri Natəvan Abbasova və Aytən Hüseynova tərəfindən aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti