Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Oktyabr ayının üçüncü ongünlüyündə Azərbaycan ərazisində "isti yay" günləri davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, həftənin ilk iş günündə, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Sabah Bakıda havanın temperaturunun gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan ərazisində oktyabrın 22-də hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 9-14, gündüz 20-26 dərəcə isti təşkil edəcək.