Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda yeni hazırlanan "Elm haqqında" qanun layihəsi ölkədəki elmi işçilərin sosial müdafiəsinə də imkan verəcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, "Elm haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Hacıyev bildirib ki, qanun layihəsinin 2013-cü ilin dövlət büdcəsinin layihəsi müzakirə edildikdən sonra müzakirəyə çıxarılması nəzərdə tutulur.
Komitə sədri əlavə edib ki, indiyə qədər elm sahəsi ilə bağlı belə bir qanun layihəsi olmayıb. Bu qanun elmin inkişafı üçün lazım olan proseslərin qanun müstəvisində həyata keçirilməsinə imkan yaradacaq.