...

Bakıda MDB ölkələrinin dəmir yolları administrasiyalarının XXI Tarif Konfransı keçirilir (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2012 13:08 (UTC +04:00)
30 oktyabr-2 noyabrda Bakıda MDB iştirakçı ölkələrin dəmir yolları administrasiyalarının – Tarif Sazişi iştirakçısı olan dəmir yolu administrasiyalarının XXI Tarif konfransı keçirilir.
Bakıda MDB ölkələrinin dəmir yolları administrasiyalarının XXI Tarif Konfransı keçirilir (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

30 oktyabr-2 noyabrda Bakıda MDB iştirakçı ölkələrin dəmir yolları administrasiyalarının - Tarif Sazişi iştirakçısı olan dəmir yolu administrasiyalarının XXI Tarif konfransı keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən QSC sədrinin müavini İqbal Hüseynov Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

Natiq sonra bildirdi ki, Tarif Sazişi iştirakçısı olan dəmir yolu administrasiyalarının XXI Tarif konfransı qarşılıqlı əlaqələrin genişləndirilməsində böyük rol oynayacaq.

Sonra Ukrayna Dəmir Yollarının nümayəndəsi Natalya Nosovanın sədrliyi ilə gündəlikdə olan Tarif siyasəti haqqında İşlər İdarəsinin hesabatı; Tarif Razılaşmasına düzəlişlər edilməsi haqqında; 2013-cü fraxt ili üçün Tarif siyasətinin əlaqələndirilməsi; 2013-cü fraxt ili üçün Tarif siyasətinin İşlər İdarəsi tərəfindən təsdiq edilməsi; XXII Tarif Konfransının keçirilməsi haqqında və digər məsələlər müzakirə olundu.
XXI Tarif Konfransının sonunda müvafiq sənədlər imzalandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti