...

Göygöl rayonunda ana ölümü qeydə alınıb

Cəmiyyət Materials 2 Noyabr 2012 13:03 (UTC +04:00)
Göygöl rayonunda doğuş zamanı ana ölüb.
Göygöl rayonunda ana ölümü qeydə alınıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Göygöl rayonunda doğuş zamanı ana ölüb.

Trend-in məlumatına görə, Göygöl rayon Mərkəzi Xəstəxanasında 25 yaşlı Nərmin Qocayeva doğuş zamanı dünyasını dəyişib. İlkin ehtimallara görə, o, qanaxmadan ölüb. Qocayeva həmin xəstəxananın həkim-ginekoloqu Solmaz Quliyevanın nəzarətində olub.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, baş vermiş bu hadisə nazirliyin nəzarəti altındadır. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası hadisə ilə bağlı araşdırma aparacaq. Bu araşdırmalar nəticəsində ana ölümünün dəqiq səbəbi müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti