...

Elşad İskəndərov: Bəzi təriqətlərin arxasınca getsək, bir çox tarixi dəyərlərimiz yadlaşacaq

Cəmiyyət Materials 14 Noyabr 2012 10:59 (UTC +04:00)
Azərbaycanın milli kimliyinin tarixən formalaşmasında dini amillərin böyük rolu olub, lakin hazırda milli kimliyin formalaşmasının əsaslarına zərbə vurmaq təhlükəsi var.
Elşad İskəndərov: Bəzi təriqətlərin arxasınca getsək, bir çox tarixi dəyərlərimiz yadlaşacaq

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın milli kimliyinin tarixən formalaşmasında dini amillərin böyük rolu olub, lakin hazırda milli kimliyin formalaşmasının əsaslarına zərbə vurmaq təhlükəsi var. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər" mövzusunda beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

"Bəzi təriqətlərin arxasınca getsək, bir çox tarixi dəyərlərimiz üçün yadlaşarıq. Həmin təriqətlərin ideologiyasına görə, Nizami Gəncəvi, Füzuli kimi şəxsiyyətlər, xalqımızın Novruz bayramı bizim üçün yad dəyərlərdir", - İskəndərov deyib.

O qeyd edib ki, Azərbaycanda həm məzhəblər, həm dinlərarası tolerantlıq mühiti bundan sonra da qorunmalıdır, eyni zamanda, etiqad azadlığı ilə şəxsi azadlıq arasındakı fərq qoyulmalıdır.

"Azərbaycanın geopolitik məkanını nəzərə alaraq, dini etiqadla milli təhlükəsizlik arasında balans yaratmaq bizim üçün əsas məqsəd olmalıdır", - komitə sədri bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycan dövlətinin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti