...

Azərbaycan folklorunda tarixi məqamlar daha geniş şəkildə araşdırılacaq

Cəmiyyət Materials 19 Noyabr 2012 11:44 (UTC +04:00)
Azərbaycan folklorunda tarixi məqamların araşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor və Tarix institutları arasında əməkdaşlıq genişləndiriləcək.
Azərbaycan folklorunda tarixi məqamlar daha geniş şəkildə araşdırılacaq

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan folklorunda tarixi məqamların araşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor və Tarix institutları arasında əməkdaşlıq genişləndiriləcək.

Trend-in məlumatına görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hər iki institutun birgə təşkilatçılığı ilə "Folklor və tariximiz" mövzusunda keçirilən respublika elmi konfransında bildirib ki, folklor nümunələrinə istinad etməmək tariximiz üçün əskiklik yaradır.

Onun sözlərinə görə, Azərbaycan xalqının tarixinin öyrənilməsi üçün müxtəlif mənbələrlə yanaşı, folklor nümunələrindən də istifadə edilməlidir.

"Folklor xalqın yaşatdığı tarixdir. Belə düşünənlər var ki, folklorda tarixi dəqiqlik yoxdur. Amma bizim real tariximiz xalqın yaşatdı folklordadır. Tarix İntitutu olaraq biz folklorun öyrənilməsinə çoxdan başlamışıq. Dədə Qorud dastanı ilə bağlı namizdəlik disertasiyaları yazdırmışıq. Orta məktəb dərsliklərinə bu dastanla bağlı məlumatlar daxil edilib", - Mahmudov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın yağı düşmənlərlə mübarizə tarixi folklorda öz əksini tapıb.

"Əbəs yerə deyil ki, "Kitabi-Dədə Qorqud" dastanında qara donlu kafirlər xüsusi vurğulanır. Yenə də həmin dastanda deyilir ki, "qarı düşmən dost olmaz". Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü göstərdi ki, bu gün xalqımızın dostunu-düşməninin tanıması baxımından da folklorumuz çox ciddi mənbədir", - tarixçi deyib.

Folklor İnstitutunun direktoru Muxtar İmanov isə bildirib ki, xalq tarixi hadisələrin şahidi olduqca ona uyğun da öz folklor nümunələrini yaradır.

Onun sözlərinə görə, son 10-20 il ərzində yeni folklor nümunələri yaradılıb.

"Onlar bu gün insanların dilində yaşayaraq tarixin müəyyən səhifəsinə çevrilib. Bu baxımdan da biz indi folklorla tarixin bir-birinə təsiri məsələlərini birgə müzakirə edəcəyik. Milli ədəbiyyatımızın ilkin qatlarında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Xalqımızın şifahi yaradıcılığı kimi dəyərləndirilən folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasınadək gedib çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti