...

Bakı məktəblərində reydlərə başlanılır

Cəmiyyət Materials 21 Noyabr 2012 10:00 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gündən orta məktəblərdə reydlər keçirməyə başlayır.
Bakı məktəblərində reydlərə başlanılır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gündən orta məktəblərdə reydlər keçirməyə başlayır.

İdarədən Trend-ə verilən məlumata görə, reydlər zamanı şagirdlərin vahid məktəbli formasına keçidi məsələsi araşdırılacaq. Eyni zamanda, məktəblərin istilik sistemi ilə təminatı məsələlərinə diqqət yetiriləcək.

Reydlər məktəblərdə əvvəlcədən xəbərdarlıq edilmədən, KİV nümayəndələrinin iştirakı ilə aparılacaq. Reydlər zamanı hər hansı şagirdin vahid formada məktəbə gəlməməsi aşkarlanarsa, bu barədə iradlar məktəb rəhbərliyinə bildiriləcək.

Bu tədbirlər bir neçə gün ərzində yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti