...

Müasir inşaatın problemləri ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2012 15:50 (UTC +04:00)
"Müasir inşaatın nəzəri və praktiki problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Tədbir Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan və Türk İşadamları Birliyi ilə birgə təşkil olunub.
Müasir inşaatın problemləri ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilir (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

"Müasir inşaatın nəzəri və praktiki problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Tədbir Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan və Türk İşadamları Birliyi ilə birgə təşkil olunub.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfrans inşaatın müasir istiqamətlərinin müəyyənləşdirilməsi, onların nəticələrinin tədris prossesinə və birbaşa istehsalata tətbiqi yollarının təyin edilməsi, istehsal müəssisələri, aparıcı xarici ölkə universitetləri, elmi tədqiqat institutları və şirkətləri ilə AzMİU-nun əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilir.

"Müasir inşaatın nəzəri və praktiki problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda Azərbaycanda inşaat sahəsinə (çoxmərtəbəli yaşayış binaları, nəhəng sənaye müəssisələri və müxtəlif mühəndis qurğuları) qoyulan investisiyalardan danışılıb. Universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova hazırda inşaatçılarımızın xüsusilə keyfiyyət məsələlərinə daha çox diqqət yetirməsinin zəruriliyini bildirib. Ölkədə memarlıq və inşaat işlərinin bugünkü vəziyyəti, elmi texniki səviyyəsi, yeni texnologiyaların tətbiqi və bu işlərin keyfiyyətinə nəzarət məsələləri elmi konfransın əsas müzakirə mövzusu olub. Rektor bu gün inşaatda əsas problemin etibarlılıq, müasirlik və keyfiyyət məsələsi olduğunu xüsusi vurğulayıb.

Tədbirdə, həmçinin müasir quruculuq-inşaat işləri ilə bağlı ictimaiyyəti maraqlandıran bir sıra suallara aydınlıq gətirilib. Bu amillərə nail olmaq bir elm sahəsi olaraq inşaat, müxtəlif bina və qurğuların bünövrəsini təşkil edən qurğuların spesifik xüsusiyyətlərinin düzgün qiymətləndirilməsindən, dünya standartlarına uyğun yeni hesablama və kompleks layihələndirmə üsullarının işlənməsindən, ekoloji prolblemlərin həlli yollarından, yeni texnologiyalar əsasında hazırlanan inşaat matreallarının, proqressiv konstruksiya və inşşat matreallarının, mütərəqqi tikitnti texnologiyalarının tətbiqindən və şəhərsalma prinsiplərinə düzgün əməl olunmasından çox asılıdır. Məhz sadalanan məsələlərin nəzəriyyədə düzgün tətbiqinə nail olunması üçün təşkil olunan bu tip tədbirlərin intensiv keçirilməsi vacibdir.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Xalid Nəcəfov XXI əsrin bəlalarından olan texnogen prosselər və terrorun nəticələrinin daha dəhşətli olmaması üçün layihələndirmə işlərində daha diqqətli işləməyin vacibliyini bildirib.

Azərbaycan və Türk İşadamları Birliyinin sədri Camal Yanqın ölkəmizdə inşaat sahəsində gedən inkişafın bugünkü gənc inşaatçıları çaşdırmamasının vacibliyini, daha yaxşı nəticə əldə etmək üçün çalışmalı və səhvlərini təkrarlamamaq üçün üzərilərində daha çox işləməli olduqlarını söyləyib: "Biz inşaatçıların səhvi təkcə lazımsız, görkəmsiz tikilinin meydana çıxması yox, minlərlə insanın həyatının itirilməsi deməkdir".

"Müasir binalarda enerjiyə qənaət məsələləri" mövzusu müzakirələrin əsasını təşkil edib. Ekologiya kafedrasının müdiri Fəqan Əliyev enerjinin bahalaşdığını əsas gətirərək, müasir binalarda problemin aktuallığını xüsusilə vurğulayıb. Əliyev radon qazı probleminin ölkəmizdə inşa olunmuş və olunacaq binalarda xüsusi diqqət yetirilməli məsələ olduğunu söyləyib: "Radon qazı insan orqanizmi üçün təhlükəlidir. Bunu bizim tələbələrimiz, cavan mütəxəssislərimiz bilirmi? Bu qaz, əsasən, texnogen proseslərlə yayılmış radionuklidlərin parçalanması nəticəsində əmələ gəlir və digər başlıca mənbəyi Azərbaycan ərazisində çox yayılmış tektonik çatlardır. Belə çatlardan çıxan radon qazı əsasən binaların zirzəmilərində və birinci mərtəbələrdə toplanır. Bu gün paytaxtda bu cür binalar çoxdur". Mütəxəssis məsələnin olduqca təhlükəli olduğunu söyləyib. Əliyevin sözlərinə görə, güclü elmi potensial olmadıqca enerji problemləri aradan qalxmayacaq. Bu gün əsas problemlərdən biri də mərkəzləşmiş isitmə sistemlərinin olmamasıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı elmi pedoqoji, tədqiqatçı kadrlar və yüksək ixtisaslı inşaatçı mühəndislər qarşısında müasir elmi problemlərin həlli üçün ciddi vəzifələr qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti