Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Sabah Bakının Binəqədi rayonunda içməli suyun verilməsində fasilələr olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar yanvarın 8-də Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.