...

Bakının orta məktəblərinin 10-11-ci sinif şagirdləri üçün hüquq dərsləri keçiriləcək

Cəmiyyət Materials 8 Yanvar 2013 15:10 (UTC +04:00)
İB-dən Trend-ə verilən məlumata görə, layihə indiyə kimi həyata keçirilmiş analoji tədbirlər arasında öz unikallığı ilə seçilir. Belə ki, məşğələlərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca vəsaitlər hazırlanıb.
Bakının orta məktəblərinin 10-11-ci sinif şagirdləri üçün hüquq dərsləri keçiriləcək

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (AHİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi "Konstitusiya və Mən" layihəsi çərçivəsində məktəblilər üçün "Hüquq və Mən" adlı 1 aylıq nəzəri-təcrübi məşğələlərin keçirilməsi nəzərdə tutulub.

İB-dən Trend-ə verilən məlumata görə, layihə indiyə kimi həyata keçirilmiş analoji tədbirlər arasında öz unikallığı ilə seçilir. Belə ki, məşğələlərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca vəsaitlər hazırlanıb.

Layihə pilot olaraq Bakının 5 orta məktəbində keçiriləcək. AHİM-in sədri, vəkil Anar Bağırovun sözlərinə görə, 10-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan layihənin məqsədi onların hüquqi biliklərinin inkişaf etdirilməsi və gələcəkdə üzləşə biləcəklər hüquqi vəziyyətlərdə etməli olduqlar davranışların öyrədilməsidir.
Nəzəri-təcrübi məşğələlər AHİM tərəfindən seçilmiş 5 nəfər təlimçi tərəfindən aparılacaq.

Məşğələlərin keçirilməsi üçün hazırlanmış dərs vəsaitində Azərbaycanın hüquq sistemi və hüquq tarixi, əsas insan hüquq və azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunmuş hüquqi məlumatlara həsr olunmuş illüstrativ-praktiki tədris tapşırıqları krassvord, test, sual-cavab formasında əks olunub.

Layihənin gələcəkdə digər orta məktəblərdə də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti