...

Türkiyədə 22 minə yaxın uşaq itkin düşmüş hesab edilir

Cəmiyyət Materials 14 Yanvar 2013 14:58 (UTC +04:00)
Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, 2008-2011-ci illər ərzində ölkədə 27 min uşaq itkin düşüb.
Türkiyədə 22 minə yaxın uşaq itkin düşmüş hesab edilir

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, 2008-2011-ci illər ərzində ölkədə 27 min uşaq itkin düşüb. Bu barədə Trend bazar ertəsi "CNN Türk" telekanalına istinadən məlumat verir. İtən uşaqların 16,2 mini qızdır.

Məlumata görə, yalnız 5,7 min uşağı tapmaq mümkün olub.

Bununla belə, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Statistika İnstitutunun məlumatlarını təkzib edərək onları qeyri-dəqiq adlandırıb. Şahin iddia edir ki, hazırda Türkiyədə yalnız min uşaq itkin düşmüş hesab edilir.

Nazir bu məsələdə qeyri-dəqiqliyi onunla izah edir ki, bütün tapılmış uşaqların heç də hamısı bu qisimdə rəsmi qeydiyyata alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti