...

Dubay Əmirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2013 15:18 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi tərəfindən Dubay Əmirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.
Dubay Əmirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi tərəfindən Dubay Əmirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycanın Dubaydakı baş konsulu və konsulluğun əməkdaşları, ARDNŞ-nin Dubaydakı nümayəndələri, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, Dubayda yaşayan həmvətənlərimiz və təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Mərasimi səfir Elxan Qəhrəman çıxış nitqi ilə açaraq, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin, səfir 20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımların cəsarətsizlik və siyasi təslimçilik nümayişi olduğunu və həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatın o vaxt Moskda yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanatın böyük əks-səda doğurduğunu bildirib.

Daha sonra tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən "Azadlığa gedən yollar" sənədli filminə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti