...

Azərbaycanın fövqəladə hallar naziri hündürmərtəbəli binalarla bağlı yaranan problemə aydınlıq gətirib

Cəmiyyət Materials 20 Yanvar 2013 11:04 (UTC +04:00)
"Elə şirkətlər var ki, evləri tikiblər, amma təhvil verməyiblər, buna görə də orada heç bir kommunal infrastruktur yoxdur. Biz problemin həlli üçün Nazirlər Kabinetinə müraciət etmişik", - Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Azərbaycanın fövqəladə hallar naziri hündürmərtəbəli binalarla bağlı yaranan problemə aydınlıq gətirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanın fövqəladə hallar naziri hündürmərtəbəli binalara təbii qazın verilməməsi məsələsinə aydınlıq gətirib.

"Elə şirkətlər var ki, evləri tikiblər, amma təhvil verməyiblər, buna görə də orada heç bir kommunal infrastruktur yoxdur. Biz problemin həlli üçün Nazirlər Kabinetinə müraciət etmişik", - Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

"Bu məsələdə günahkar axtarmaq lazım deyil. Bilirsiniz ki, əvvəllər binaları tikənlər evləri satır, əhali də alırdı. O vaxtlar da orderlər verilirdi. Əhalinin də günahı yoxdur. Bu məsələdən çıxış yolu olaraq belə binalarla bağlı dövlət aktlarının tərtib olunması planlaşdırılır. Təhvil alma məsələsi ilə təkcə Fövqəladə Hallar Nazirliyi məşğul olmur. Qaz, su, kanalizasiya - bunların hamısı bir yerdə dövlət aktları qəbul olunandan sonra binalara veriləcək. Mən əhalinin də narazılığını başa düşürəm. Amma hər şeydə, o cümlədən bu məsələlərdə də qayda-qanun olmalıdır", - Heydərov bildirib.

Qeyd edək ki, Bakıda tikilən yeni hündürmərtəbəli binaların çoxuna təbii qaz verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti