...

Azərbaycanda havaların isti keçməsinin səbəbi açıqlanıb

Cəmiyyət Materials 21 Yanvar 2013 12:59 (UTC +04:00)
Azərbaycan ərazisində qış üçün xarakterik olmayan hava şəraitinin müşahidə edilməsinin səbəbi açıqlanıb.
Azərbaycanda havaların isti keçməsinin səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində qış üçün xarakterik olmayan hava şəraitinin müşahidə edilməsinin səbəbi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 13-18, rayonlarda isə 15-20 dərəcə isti olacaq. Belə hava şəraitinin müşahidə edilməsinin səbəbi ölkə ərazisində cənubdan nisbətən isti hava cərəyanının daxil olmasıdır.

Departamentdən bildirilib ki, ölkə ərazisində belə hava şəraiti 2-3 gün davam edəcək. Yaxın günlərdə gündüz saatlarında gözlənilən temperatur yanvar ayına xas deyil.

Qeyd edək ki, son bri neçə gün ərzində Bakıda və Abşeron yarımadasında mülayim hava şəariti müşahidə edilir. Bakıda mövcud olan temperatur çoxillik iqlim normasından yüksək hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti