...

Avstriyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2013 14:10 (UTC +04:00)
Bu gün Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç Bakı Ali Neft Məktəbində olub.
Avstriyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Bu gün Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç Bakı Ali Neft Məktəbində olub.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən rektor Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz və istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olub.

Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən Elmar Qasımov qeyd edib ki, dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan Avstriya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması xüsusi maraq kəsb edir.

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer - Kaybiç Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini bildirib. Səfir Azərbaycanda müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, Avstriya hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın tanınmış Leoben Montan Universiteti, Avstriya İqtisadiyyat Palatası və Vyandakı Neft -Kimya Kompleksi arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşün sonunda Səfir Silvia Mayer - Kaybiçə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti