...

Dünyada işsizlərin sayı 4 milyon nəfər artıb

Cəmiyyət Materials 22 Yanvar 2013 16:19 (UTC +04:00)
2012-ci ildə bütün dünyada işsizlərin sayı 4 milyon nəfər artıb. Hazırda onların sayı 197 milyondur.
Dünyada işsizlərin sayı 4 milyon nəfər artıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

2012-ci ildə dünyada işsizlərin sayı 4 milyon nəfər artıb. Hazırda onların sayı 197 milyondur. Trend-in məlumatına görə, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının çərşənbə axşamı dərc olunmuş məruzəsində deyilir.

Təşkilat bu göstəricilərin artacağı barədə xəbərdarlıq edib.

Proqnozlara görə, 2013-cü ildə daha beş milyondan artıq, 2014-cü ildə isə üç milyon adam işsiz qalacaq.

Məruzə müəlliflərinin məlumatına görə, dünya əhalisinin ən zəif hissəsi yaşı 24-dən az olan gənclərdir. Onların 13 faizi iş tapa bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti