...

Həftənin ilk iş günü Bakıda gözlənilən hava şəraiti

Cəmiyyət Materials 27 Yanvar 2013 15:37 (UTC +04:00)
Həftənin ilk iş günü Bakıda hava əsasən yağmursuz olacaq.
Həftənin ilk iş günü Bakıda gözlənilən hava şəraiti

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Həftənin ilk iş günü Bakıda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Bakıda havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər və axşam duman olacaq. Temperaturun gecə 0-3° isti, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti