...

Əli Əhmədov: Azərbaycan xalqını aşağıladanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur

Cəmiyyət Materials 31 Yanvar 2013 15:46 (UTC +04:00)
Azərbaycan xalqını aşağıladanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Trend-in Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu YAP sədrinin müavini - icra katibi, mllət vəkili Əli Əhmədov yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə münasibət bildirərkən söyləyib.
Əli Əhmədov: Azərbaycan xalqını aşağıladanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan xalqını aşağıladanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Trend-in Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu YAP sədrinin müavini - icra katibi, mllət vəkili Əli Əhmədov yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə münasibət bildirərkən söyləyib.

"Əkrəm Əylislinin "Daş yuxular" əsəri müasir Azərbaycan ədəbiyyatına ləkədir. Yazıçının bu dərəcədə haqsız və təhrifçi olmasını təsəvvür etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli qədər nifrət edən ikinci bir yazıçı tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycan xalqını aşağıladan, ona böhtan atanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Səhv etmirəmsə Əkrəm Əylisli vaxtilə "İstiqlal" ordeni ilə təltif edilib və yol verdiyi yaramazlıqdan sonra "İstiqlal" ordeninə də haqqını itirib", - millət vəkili qeyd edib.

Əhmədov qeyd edib ki, görünür, Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur.

"Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Azərbaycanlılara bu qədər böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin, Xocalıda amansızlıqla qırılanların fəryadını isə eşitməyəni azərbaycanlı adlandırmaq olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin dərk etmək qabilliyyəti pozulub. Yəqin ki, belə deyil. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib. Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan zərbədir", - YAP-ın sədr müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti