...

TQDK 150 minə yaxin nəzarətçi-müəllim üçün seminarlar keçirəcək

Cəmiyyət Materials 4 Fevral 2013 12:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün keçirəcəyi imtahanlara hazıqlıq məqsədilə 150 minə yaxin nəzarətçi müəllim üçün seminarlar keçirməyi nəzərdə tutur.
TQDK 150 minə yaxin nəzarətçi-müəllim üçün seminarlar keçirəcək

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün keçirəcəyi imtahanlara hazıqlıq məqsədilə 150 minə yaxin nəzarətçi müəllim üçün seminarlar keçirməyi nəzərdə tutur.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən seminar-məşğələlərin keçirilməsinə başlanılıb. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Martın 5-dək davam edəcək bu seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar- məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir.

Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir. Seminar-məşğələlərdə iştirak edən müəllimlər, xüsusilə ilk dəfə cəlb olunan nəzarətçilər TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti